Azərbaycan və Rusiya beynəlxalq ticarət və yükdaşıma məsələlərini müzakirə edib

Azərbaycan və Rusiya beynəlxalq ticarət və yükdaşıma məsələlərini müzakirə edib Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan-Rusiya İşgüzar Şurasının “Logistika” komissiyasının iclası keçirilib.
İnfrastruktur
27 Fevral , 2019 14:36
Azərbaycan və Rusiya beynəlxalq ticarət və yükdaşıma məsələlərini müzakirə edib
economy.gov.az

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan-Rusiya İşgüzar Şurasının “Logistika” komissiyasının iclası keçirilib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, tədbirdə 20-dən artıq Şuranın üzvü olan sahibkar və iş adamları iştirak edib.

Komissiyanın sədri Natiq Heydərov giriş nitqində iştirakçıları salamlayaraq, logistika sahəsində son vaxtlar aktual olan layihələr barədə, o cümlədən Bakı-Tbilisi-Kars, Astara terminalı və digər layihələr haqqında məlumat verib.

Sonra tədbir iştirakçıları olan “Formag Baku”, “Gilan Holding”, “GokNur”, “STP”, “ASPİ Agro”, “Koroğlu” və digər şirkətlərin nümayəndələri onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıblar. İclasda avia-karqo tarifləri, gömrük orqanları tərəfindən müəyyən sənədlərin üzərində möhürlərin olması tələbi, nəqliyyat vergisi, xərclərin optimallaşması məqsədilə qrup şəklində daşınma və saxlanma və digər mövzular müzakirə olunub.

İclasda iştirakçılar, həmçinin başqa ölkələrin logistika sahəsində uğurlu təcrübələrini müzakirə ediblər.

Qeyd olunan məsələlər Şura tərəfindən müzakirəyə qəbul olunub, nəticələrə gələn iclasda baxılacağı barədə qərar verilib.

Son xəbərlər

Orphus sistemi