Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalanıb

Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalanıb Sənəd İranda 1,4 km-lik dəmir yolu xətti və 4 terminalın tikintisini nəzərdə tutur
İnfrastruktur
14 İyun , 2017 11:44
Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalanıb
Ady.az

Bakı. 14 iyun. REPORT.AZ/ Tehranda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov,ə İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə və "Gürücstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze arasında üçtərəfli görüş keçirilib.

Azərbaycan şirkətindən "Report"a verilən məlumata görə, görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti müzakirə olunub.

Bildirilib ki, 20 aprel 2016-cı ildə Azərbaycan ilə İranın dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonra işlər sürətləndirilib. Qısa zaman ərzində Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin, sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.

Sonra Azərbaycan və İran dəmir yolları qurumları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı Layihəsi" üzrə müqavilə imzalanıb. Müqaviləni C.Qurbanov və S.Məhəmmədzadə imzalayıblar. Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin ADY-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir. Müqaviləyə əsasən, ADY 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.

Mərasimdə C.Qurbanov və S.Məhəmmədzadə çıxış edərək bildiriblər ki, bu layihə hər iki ölkə ərazisində dəmir yolu əlaqələrinin, həmçinin ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda yüklərin bu istiqamətə axınına təkan verəcək. 

Son xəbərlər

Orphus sistemi