Azərbaycan tikintidə təhlükəsizliyə nəzarət sahəsində Almaniya ilə əməkdaşlığı genişləndirir

Azərbaycan tikintidə təhlükəsizliyə nəzarət sahəsində Almaniya ilə əməkdaşlığı genişləndirir Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə Almaniya İnşaat Texnologiyaları İnstitutu arasında niyyət bəyannaməsi imzalanacaq
İnfrastruktur
11 Dekabr , 2015 11:31
Azərbaycan tikintidə təhlükəsizliyə nəzarət sahəsində Almaniya ilə əməkdaşlığı genişləndirir

Bakı. 11 dekabr.REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ilə birgə həyata keçirilən növbəti Tvinninq layihəsi Azərbaycan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi üçün yeni perspektivlər açıb. “Report”un xəbərinə görə, bunu Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “Avropa İttifaqının (Aİ) tikinti standartlarına keçid sahəsində FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəstəyin göstərilməsi” layihəsinin yekun konfransında çıxışı zamanı fövqəladə hallar nazirinin müavini Ragim Lətifov bildirib.

"Bu layihə əməkdaşlıqla yanaşı, önəmli praktik əhəmiyyətə malikdir. Tvinninq layihəsi ilə ölkənin milli tikinti qanunverciliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasına qərar verilib", - deyə nazir müavini bildirib.

O, layihənin əhəmiyyətindən danışıb və bu proses zamanı birgə işlədikləri Almaniya İnşaat Texnologiyaları İnstitutu və digər milli və əcnəbi tərəfdaşlarına təşəkkürlərini bildirib.

Daha sonra Aİ-nin Azərbaycandakı səfiri Malena Mard çıxış edərək deyib ki, Azərbaycanda bir neçə ildə neft sahəsinin çiçəklənməsi ilə yanaşı tikinti sektorunda da bu inkişaf görünür: “Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən milli tikinti standartlarının Avropa standartlarına keçidinə dair qərar verilib. Bu layihə böyük imkanlar açır və bizim bu sahədə böyük təcrübəmiz var. Onu Azərbaycanla bölüşə bilərik. Qeyd edim ki, bu sahədə əməkdaşlıq layihəsinin həyata keçirilməsini bizə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təklif etmişdi. Azərbaycan Tvinninq layihələri çox həyata keçirilən ölkələrdən biridir. Azərbaycan bu layihə ilə böyük təcrübə və uğur qazandı. Onun uğur qazanmasının əsas səbəblərindən biri isə peşəkar tərəfdaşlarının olması ilə bağlıdır”.

Qeyd edək ki, bu gün Avropa İttifaqı və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 19 ay icra etdiyi layihənin yekun konfransı keçirilir. Bundan sonra isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə Almaniya İnşaat Texnologiyaları İnstitutu arasında niyyət bəyannaməsi imzalanacaq. 

Son xəbərlər

Orphus sistemi