Azərbaycan Rusiyaya dəmir yolu ilə yüklərin aşağı tariflərlə daşınmasını təklif edib

Azərbaycan Rusiyaya dəmir yolu ilə yüklərin aşağı tariflərlə daşınmasını təklif edib Bu təklifi Cavid Qurbanov Moskvada keçirilən görüşdə irəli sürüb
İnfrastruktur
8 Dekabr , 2016 16:14
Azərbaycan Rusiyaya dəmir yolu ilə yüklərin aşağı tariflərlə daşınmasını təklif edib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan xəbərə görə, görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər, İran ərazisində Astara-Rəşt xəttinin tikintisi layıhəsi, bu dəhlizə gələcəkdə əlavə yüklərin cəlb edilməsi, Samur-Yalama sərhəd-keçid məntəqəsindən yüklərin aşağı tariflərlə daşınması barədə Azərbaycan tərəfinin təklifi, Azərbaycan və Rusiya dəmir yolları arasında beynəlxalq yük və sərnişin daşımaları üzrə qarşılıqlı hesablaşmaların hazırkı vəziyyəti və tənzimlənməsi müzakirə olunub.

C.Qurbanov bildirib ki, Şimal-Cənub dəhlizinin ölkənin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir: "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətə başlaması ölkələr arasında hərtərəfli əlaqələrin genişlənməsinə səbəb olacaq. Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi artıq başa çatıb, Astara çayı üzərindəki körpüyə kimi sınaq reysi edilib. Körpüdə də son tamamlama işləri görülür".

O.Belozyorov bu dəhliz çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi