​Azərbaycan prezidenti "Şimal-Cənub" nəqliyyat dəhlizinin tezliklə reallaşacağına ümid edir

​Azərbaycan prezidenti "Şimal-Cənub" nəqliyyat dəhlizinin tezliklə reallaşacağına ümid edir "Şimal-Cənub" nəqliyyat dəhlizi strateji əhəmiyyətli transmilli layihədir
İnfrastruktur
8 Avqust , 2016 21:31
​Azərbaycan prezidenti Şimal-Cənub nəqliyyat dəhlizinin tezliklə reallaşacağına ümid edir

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinin yaxın vaxtlarda həyata keçiriləcəyinə ümid edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən üçtərəfli görüşündə deyib.

"Hazırda Rusiya və Azərbaycan arasında dəmir yolu əlaqəsi var. Biz bu il Azərbaycanın öz dəmir yolu xəttinin İran sərhədinədək uzadılması barədə qərar qəbul etmişik. Ümid edirəm ki, biz yaxın vaxtlarda buna nail olacağıq", - deyə İ.Əliyev.

Prezident qeyd edib ki, bu yaxınlarda, həmçinin Azərbaycan-İran sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

"Bu infrastruktur layihələri "Şimal-Cənub" nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. "Şimal-Cənub" nəqliyyat dəhlizi strateji əhəmiyyətli transmilli layihədir, gələcəkdə bu dəhlizdən bir çox ölkələr yararlanacaq. Bu dəhliz olduqca böyük iqtisadi səmərə kəsb edir… Ümid edirəm ki, biz birgə səylərimiz sayəsində tez bir zamanda bu layihənin reallaşdırılmasına nail olacağıq", - deyə Azərbaycan prezidenti bildirib.

Onun sözlərinə görə, "Şimal-Cənub" layihəsi tranzit yüklərin daşınma vaxtı baxımından çox sərfəlidir.

Son xəbərlər

Orphus sistemi