"Azərbaycan Dəmir Yolları" bayram günlərində 25 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Dəmir Yolları" bayram günlərində 25 minə yaxın sərnişin daşıyıb Azərbaycan Dəmir Yolları QSC Novruz bayramının qeyd olunduğu 19-26 mart tarixlərində 24 880 sərnişin daşıyıb.
İnfrastruktur
27 Mart , 2019 15:26
Azərbaycan Dəmir Yolları bayram günlərində 25 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramının qeyd olunduğu 19-26 mart tarixlərində 24 880 sərnişin daşıyıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib. 

Məlumata görə, bunun 22 423 nəfəri ölkə daxilində hərəkət edən, 24 57 nəfəri isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb. Bayram günlərində sərnişinlərin sayı normadan 800-1000 nəfər çox olub. 

Qeyd edək ki, bayram günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin sıxlığının artması ilə əlaqədar olaraq, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.

Son xəbərlər

Orphus sistemi