AZAL gələn aydan mövsümi reyslərə başlayır

AZAL gələn aydan mövsümi reyslərə başlayır Aviabiletlərin qiyməti 510 manatdan başlayır
İnfrastruktur
25 Aprel , 2015 13:15
AZAL gələn aydan mövsümi reyslərə başlayır

Bakı. 25 aprel. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC may ayının sonundan etibarən mövsümi aviareyslər açacaq. 

Aviaşirkətdən “Report”a verilən məlumata görə, uçuşlar Türkiyənin Antalya, Bodrum və İzmir kurort şəhərləri istiqamətində gerçəkləşdiriləcək.

Bakıdan reallaşacaq ikitərəfli uçuşlara biletlərin qiyməti 510 manatdan başlayır. 

Qeyd edək ki, Bakı-Antalya-Bakı reysi mayın sonundan etibarən start götürür, Bakı-Bodrum-Bakı iyunun 12-dən, Bakı-İzmir-Bakı reysinə isə iyunun əvvəlindən etibarən başlanacaq.

Son xəbərlər

Orphus sistemi