BNA-nın mətbuat katibi koronavirusdan sağaldı

BNA-nın mətbuat katibi koronavirusdan sağaldı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusdan sağalıb.
İnfrastruktur
17 İyul , 2020 13:38
BNA-nın mətbuat katibi koronavirusdan sağaldı
Mais Ağayev

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusdan sağalıb.

“Report” xəbər verir ki, bu barədə BNA rəsmisi "Facebook"dakı hesabında bildirib.

"İyunun 25-dən bütün həyat ritmimi dəyişən koronavirus pandemiyası ilə  (COVİD-19)   nəhayət yollarımız ayrıldı. Sonuncu testin nəticələri neqativ çıxdı. Xəstəlik müddətində narahatlıq keçirən, dəstək olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm", o deyib.

Xatırladaq ki, M.Ağayev iyunun 28-də özünün və ailəsinin  koronavirusa yoluxduğunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi