Açıq Səmalar Müqaviləsinə dair konfransın vaxtı müəyyən edildi

Açıq Səmalar Müqaviləsinə dair konfransın vaxtı müəyyən edildi Açıq Səmalar Müqaviləsinin iştirakçı ölkələrinin konfransı iyul ayının 6-da keçiriləcək.
İnfrastruktur
17 İyun , 2020 13:03
Açıq Səmalar Müqaviləsinə dair konfransın vaxtı müəyyən edildi

Açıq Səmalar Müqaviləsinin iştirakçı ölkələrinin konfransı iyul ayının 6-da keçiriləcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Silahların Yayılmaması və Nəzarəti Departamentindən bildirərkən ABŞ-ın həmin müqaviləni tərk etməsi məsələsinin müzakirə olunacağını qeyd ediblər.

Qeyd edək ki, may ayının 21-də ABŞ Prezidenti Donald Tramp Açıq Səmalar Müqaviləsini tərk etmək niyyətində olduqlarını açıqlayıb. Səbəb kimi müqavilə şərtlərinin Rusiya tərəfindən pozulması gətirildi. 2002-ci ildən qüvvədə olan və 35 ölkənin qoşulduğu həmin müqavilənin iştirakçı ölkələri ərazisi üzərində silahsız hava nəzarəti uçuşları proqramını nəzərdə tutur. Dövlət katibi Mayk Pompeo da yazılı müraciətində bu qərarın 22 may tarixindən etibarən 6 ay sonra qüvvəyə minəcəyini bildirib.

Rusiya tərəfi müqavilənin pozulmasına dair ittihamları rədd edərək qarşı ittihamlar da irəli sürüb.

Son xəbərlər

Orphus sistemi