Məşhur rəssamın toz basmış əsəri tapılıb

Məşhur rəssamın toz basmış əsəri tapılıb Londondakı Sotheby’s hərraclar mərkəzinin əməkdaşları Peter Paul Rubensin “Xanımın portreti” adlı əsərini aşkarlayıblar.
İncəsənət
6 İyul , 2020 20:07
Məşhur rəssamın toz basmış əsəri tapılıb

Londondakı "Sotheby’s" hərraclar mərkəzinin əməkdaşları Peter Paul Rubensin “Xanımın portreti” adlı əsərini aşkarlayıblar.

“Report” “The İndependent”ə istinadən xəbər verir ki, uzun illərdir toz altında qalmış boyakarlıq əsəri 4,3 milyon ABŞ dolları məbləğində dəyərləndirilir.

Lakin 139 il ərzində şəxsi kolleksiyada saxlandıqdan sonra bu əsər 2017-ci ildə adı çəkilməyən şəxs tərəfindən cəmisi 97,2 min ABŞ dollarına satın alınıb.

Hələ 1902-ci ildə London Krallıq İncəsənət Akademiyası tərəfindən tamaşaya qoyulan bu böyük əsəri "Sotheby’s" bu il iyul ayının 29-da satışa çıxaracaq.

Xatırladaq ki, Avropanın dahi rəssamlarından olan Peter Paul Rubens (1577-1640) Flamandiya boyakarlıq məktəbinin öncülü, incəsənətdə barokko cərəyanının banilərindəndir.

Son xəbərlər

Orphus sistemi