Şəhid general-mayor Polad Həşimovun büstü hazırlanıb

Şəhid general-mayor Polad Həşimovun büstü hazırlanıb Rəssamlıq Akademiyasının tələbəsi General-mayor Polad Həşimovun büstünü hazırlayıb.
İncəsənət
21 İyul , 2020 11:39
Şəhid general-mayor Polad Həşimovun büstü hazırlanıb
0 : 00
0 : 00

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun büstü hazırlanıb.

“Report” xəbər verir ki, büstün müəllifi Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlıdır.

“Sosial şəbəkələrdə paylaşılan fotoda büst tam hazır deyildi. Hələ üstündə iş gedir. Fotodakı versiyada müəyyən səhvlərim vardı, onları düzəltmişəm. Beş gündür gecə-gündüz büstün üzərində işləyirəm, hələ 3-4 günlük də işim qalıb. Mən tələbə olduğuma görə, öz maddi vəziyyətimə uyğun gipsdən hazırlaya bilirəm. Hazırlayandan sonra yaradıcı işim kimi saxlayacam. Gələcəkdə büstü harasa qoymaq üçün və ya ailəsinə hədiyyə etmək təklif olarsa, təmənnasız hazırlaya bilərəm. Sadəcə bronzdan tökmək üçün materialı mənlik olmayacaq”, - T.Soltanov bildirib.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 14-ü Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

Son xəbərlər

Orphus sistemi