“CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub

“CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub 270-dək uşaq və yeniyetmələr məşhurlar ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər
İncəsənət
8 Fevral , 2018 19:14
“CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub
Report/Firi Salim

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün “CinemaPlus Gənclik Mall”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə valideyn himayəsindən məhrum uşaqlar üçün əyləncə proqramı təşkil olunub.

"Report" xəbər verir ki, əyləncə proqramının tərkib hissəsi olaraq uşaqlar 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar formada dublyaj olunan “Paddinqton 2” filmini də izləyiblər.

Tədbirdə filmi Azərbaycan dilinə dublaj edən Murad Dadaşov, Aqil M.Quliyev, Kamran Ağabalayev, Oksana Rəsulova, Rövşən Məmmədli, Xətai Əli və rejissor Cəfər Axundzadə iştirak ediblər.

Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 270-dək uşaq və yeniyetmələr məşhurlar ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər.

Tədbirdə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin rəhbərliyi adından Zaur Darabzadə çıxış edib və dublyaj prosesində iştirak edən aktyorları təqdim edərək öz təşəkkürünü bildirib.

Qeyd edək ki, “Paddinqton 2” filminin süjet xətti belədir: Londonun antikvar mağazasında gözəl və yaxşı tərbiyə olunmuş ayı Paddinqton qeyri-adi qədim bir kitab tapır. O, bütün gücü ilə həmin kitabı almaq məqsədilə pul yığana kimi nadir kitab oğurlanır. Paddinqton, it konservləri reklam edən, öz çevrilmə bacarığını Londanda gizlədilən zinət əşyalarının ovuna istifadə edən aktyorun planı olan əsrin hiyləsinə qoşulmuş olur.

Son xəbərlər

Orphus sistemi