"Arşın mal alan" filmi Parisdə nümayiş olunub - FOTO

"Arşın mal alan" filmi Parisdə nümayiş olunub - FOTO Film fransalı kino həvəskarları tərəfindən böyük marağa səbəb olub
İncəsənət
15 Mart , 2018 00:56
Arşın mal alan filmi Parisdə nümayiş olunub - FOTO

Paris. 15 mart. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə xarici ölkələrin film festivalı çərçivəsində "Arşın mal alan" filmi nümayiş etdirilib.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, ekran əsəri Azərbaycanın Fransadakı səfirliyi, Heydər Əliyev Fondu və Parisdə Xarici Mədəniyyətlər İnstitutları Forumunun birgə təşkilatçılığı ilə Parisin məşhur “Yelisey Çölləri” küçəsi yaxınlığında yerləşən “Balzak” kinoteatrında baş tutub.

Üzeyir Hacıbəyovun operettası əsasında yazılan və 86 dilə tərcümə edilən, həmçinin dünyanın 136 ölkəsində nümayiş etdirilən bu musiqili film fransalı kino həvəskarları tərəfindən böyük maraqla izlənilib və marağa səbəb olub.

Filmi izləməyə gələnlər arasında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, məşhur fransız kino aktyoru Robert Hossein və digər şəxslər olub.

Son xəbərlər

Orphus sistemi