Alim Qasımov Almaniyada konsert verəcək

Alim Qasımov Almaniyada konsert verəcək Konsert məşhur Elbphilharmonia zalında baş tutacaq
İncəsənət
14 Mart , 2018 11:44
Alim Qasımov Almaniyada konsert verəcək

Bakı. 14 mart. REPORT.AZ/ Xalq artisti Alim Qasımov aprelin 1-də Almaniyanin Hamburq şəhərində konsert verəcək.

“Report”un məlumatına görə, konsert məşhur Elbphilharmonia zalında keçiriləcək.

Konsertdə A.Qasımov ilə yanaşı, onun qızı, əməkdar artist Fərqanə Qasımova da çıxış edəcək. Onları kamançada Rauf İsmayılov, tarda Zəki Vəliyev, nağarada Cavidan Nəbiyev, balabanda isə Rafael Əsgərov müşayiət edəcək.

Son xəbərlər

Orphus sistemi