Sosial şəbəkələrin auditoriyası azalıb

Sosial şəbəkələrin auditoriyası azalıb Bakı. 14 avqust. REPORT.AZ/ Dünyanın aparıcı sosial şəbəkələri olan Facebook, Twitter və Snapchatın istifadəçilərinin sayı bu ilin II rübündə azalıb.
İKT
14 Avqust , 2018 12:44
Sosial şəbəkələrin auditoriyası azalıb

Bakı. 14 avqust. REPORT.AZ/ Dünyanın aparıcı sosial şəbəkələri olan "Facebook", "Twitter" və "Snapchat"ın istifadəçilərinin sayı bu ilin II rübündə azalıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətlərin rüblük hesabatlarında bildirilib. 

Məlumata görə, ""Facebook"un 50 milyon istifadəçinin şəxsi məlumatların açıq şəkildə yayması, eləcə də ABŞ -dakı prezident seçkiləri kampaniyası zamanı bu sosial şəbəkədə yalan xəbərlərin yayılması onun gündəlik auditoriyasının 3, 275 mln. nəfər azalmasına gətirib çıxarıb. Bu ilin sonuna qədər daha 3 milyondan çox istifadəçinin bu platformadan istifadəni dayandıracağı gözlənilir. 

Mikrobloqlar servisi olan "Twitter"in istifadəçilərinin sayı isə rüb ərzində 1 mln. nəfər azalıb.

"Snapchat" isə istifadəçilərinin sayının 3 mln. nəfər azaldığını bəyan edib və bunu ötən ilin noyabr ayında dizaynını dəyişdiyi mobil tətbiqinin istifadəçilərinin xoşuna gəlməməsi ilə izah edib. 

Son xəbərlər

Orphus sistemi