Hakerlər “Canon”un bulud saxlancını sındırıb

Hakerlər “Canon”un bulud saxlancını sındırıb İddia olunur ki, avqustun 5-də “Maze” haker qrupunun hücumu nəticəsində 10 terabayt məlumat, o cümlədən istifadəçilərin şəxsi məlumatları oğurlanıb
İKT
6 Avqust , 2020 17:28
Hakerlər “Canon”un bulud saxlancını sındırıb

İstifadəçilərin foto və videolarının saxlanıldığı Yaponiyanın “Canon” şirkətinin bulud depolama xidməti hakerlər tərəfindən sonradan pul tələb etmək məqsədilə sındırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bleeping Computer” məlumat yayıb.

İddia olunur ki, avqustun 5-də “Maze” haker qrupunun hücumu nəticəsində 10 terabayt məlumat, o cümlədən istifadəçilərin şəxsi məlumatları oğurlanıb.

İddia edilən haker hücumunu şərh edən “Canon”un rəsmisi “Forbes” jurnalına açıqlamasında hazırda vəziyyətin araşdırıldığını söyləyib.

Son xəbərlər

Orphus sistemi