“Google”un yeni smartfonu bu ay satışa çıxarılcaq

“Google”un yeni smartfonu bu ay satışa çıxarılcaq Dünya bazarına artıq telefon brendi olaraq da girən “Google” şirkəti yeni “Pixel 4a” modelli smartfonunu təqdim edib
İKT
4 Avqust , 2020 13:12
“Google”un yeni smartfonu bu ay satışa çıxarılcaq

Dünya bazarına artıq telefon brendi olaraq da girən “Google” şirkəti yeni “Pixel 4a” modelli smartfonunu təqdim edib.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. 

“Pixel 4a” telefonunu təqdim edirik. “Google”un əlverişli qiymətə səmərəli telefonu”, - şirkətdən bildirilib.

Yeni smartfon 5,81 düym ekrana, 6 GB operativ, 128 GB daxili yaddaşa malikdir.

Şirkətdən bildirilib ki, telefonun əsas kamerası 12,2, ön kamerası isə 8 MP-dir. “Pixel 4a”nın müasir smartfonlardan fərqli olaraq əsas kamerasının tək olmasına baxmayaraq, bu model “Google”un ən ucuz modeli sayıla bilər. Belə ki, bu modelin qiyməti 349 ABŞ dollarıdır. “Pixel 4a”nı digər markaların modellərindən fərqləndirən cəhət “təmiz” “Android”ə malik olmasıdır.

Qeyd olunub ki, “Pixel 4a” artıq bu ayın 20-dən etibarən satışa çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi