“Apple” yeni əməliyyat sistemini təqdim edib

“Apple” yeni əməliyyat sistemini təqdim edib “Apple” şirkəti iOS əməliyyat sisteminin iOS 13.5 yeni versiyasını təqdim edib.
İKT
21 May , 2020 14:06
“Apple” yeni əməliyyat sistemini təqdim edib

“Apple” şirkəti iOS əməliyyat sisteminin iOS 13.5 yeni versiyasını təqdim edib.

“Report” xəbər verir ki, artıq yüklənməyə açıq olan yeni sistem telefon işlətməkdə koronavirus pandemiyası ilə bağlı bəzi rahatlıqlar gətirir. Belə ki, yeni versiya şirkətin “Google” ilə müştərək məhsulu olub iOS qurğularının Anrdroid əməliyat sistemilə uzlaşdırantexnologiyanı dəstəkləyir və koronavirusa yoluxan istifadəçilərin təmaslarını izləmək imkanı yaradır. Həm də bu texnologiya ilə yoluxanların və tanışlarının şəxsi həyat toxunulmazlığı prinsipini pozulmayacağı bildirilir.

Eyni zamanda, sözügedən texnologiya ilə işləyəcək xüsusi proqramlar ayrıca yüklənməlidir. “Apple”in fikrincə, bu cür proqramlar səhiyyə nazirlikləri tərəfindən yaradılmalıdır.

Həmçinin iOS 13.5-də Facetime videoçatı təkmilləşdirilib, istifadəçinin tibbi maska taxdığını ayır edən funksiya tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi