Xızıda 176 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 176 ədəd partlamamış hərbi sursat aşkarlanıb Bakı. 20 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar hərbi hissənin ətrafına baxış keçirilib.
Hərbi
20 Noyabr , 2017 03:28
Xızıda 176 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar hərbi hissənin ətrafına baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, 176 ədəd partlamamış hərbi sursat (PHS), 120 ədəd partlamış-yanmış mərmi qalıqları və 499 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 6,40 ha ərazi yoxlanılıb.

Ümumiyyətlə, 74 gün ərzində müxtəlif ərazilərə baxış keçirilib, 18991 ədəd partlamamış hərbi sursat (PHS), 8 568 ədəd partlamış-yanmış sursat qalıqları və 68102 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Bununla yanaşı, rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi