Ukrayna ötən il Azərbaycana 4 milyon dollardan artıq dəyərdə silah ixrac edib

Ukrayna ötən il Azərbaycana 4 milyon dollardan artıq dəyərdə silah ixrac edib Aviasiya və raket-artilleriya texnikasının təchizatı üzrə yeni müqavilələr imzalanıb
Hərbi
12 İyun , 2017 11:21
Ukrayna ötən il Azərbaycana 4 milyon dollardan artıq dəyərdə silah ixrac edib

Kiyev. 12 iyun. REPORT.AZ/ 2016-cı ildə Ukraynadan Azərbaycana 4 milyon dollardan artıq dəyərdə silah və hərbi texnika ixrac edilib, aviasiya və raket-artilleriya texnikasının təchizatı üzrə yeni müqavilələr imzalanıb.

Bu barədə "Report"ın Ukrayna bürosuna "Ukroboronprom" dövlət konsernindən bildiriblər.

"Bu gün ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində münasibətləri tənzimləyən qanunverici baza 24.03.1997-ci il tarixində imzalanmış "Ukrayna və Azərbaycan Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında" sazişdir. Əməkdaşlıq üzrə işçi orqan isə hərbi-texniki əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasıdır", - "Ukroboronprom"dan vurğulayıblar.

Dövlət Konsernindən qeyd ediblər ki, "Ukroboronprom" konserninin müəssisə-iştirakçılarının Azərbaycana təchizatını həyata keçirdiyi hərbi və xüsusi təyinatlı məhsullara avtomobil və zirehli texnika, aviasiya texnikası, artilleriya və atıcı silahlar, hərbi texnikanın təmir və modernləşdirilməsi xidmətləri, layihə sənədlərinin hazırlanması üzrə xidmətlər daxildir.

"Ukroboronprom"dan onu da xatırladıblar ki, 2015-ci ilin may ayında "Antonov" dövlət müəssisəsi ilə "Silk Way" şirkəti arasında Azərbaycana "An-178" tipli 10 ədəd təyyarənin təchizatı üzrə müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi