Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edib - FOTO

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edib - FOTO Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil edilən görüşlərinə qatılıb
Hərbi
17 Yanvar , 2017 21:04
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edib - FOTO

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO toplantısında iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yanvarın 17-də müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil edilən görüşlərdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi