Bakı. 1 iyul. REPORT.AZ/ Silahlı Qüvvələrə Yardım Fondunda toplanan vəsaitin miqdarı açıqlanıb. Bu barədə "Report"a
İyulun 1-dək fonda 65 milyon 77 min 66 manat 33 qəpik, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.
Bu da ötən ayla müqayisədə bir milyon 92 min 400 manata yaxın artım deməkdir.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.