Silahlı Qüvvələr üzrə komandir heyətinin nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılır

Silahlı Qüvvələr üzrə komandir heyətinin nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılır Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar
Hərbi
12 Dekabr , 2017 17:07
Silahlı Qüvvələr üzrə komandir heyətinin nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılır

Bakı. 12 dekabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə yarışlar keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Kəşfiyyat bölmələrinin divizion, eskadrilya və tabor komandirləri arasında keçirilən müsabiqədə iştirak edən şəxsi heyətin atəş, sıra və fiziki hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb, həmçinin zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları qiymətləndirilib.

Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar.

Son xəbərlər

Orphus sistemi