Rusiya Azərbaycana "PDM-3" tədarükünü 2018-ci ildə tamamlamağı planlaşdırır

Rusiya Azərbaycana "PDM-3" tədarükünü 2018-ci ildə tamamlamağı planlaşdırır Rəsmi Moskva və Bakı 2010-cu ildə silah və texnikanın böyük partiya ilə tədarükünə dair razılıq əldə edib
Hərbi
31 Avqust , 2017 12:45
Rusiya Azərbaycana PDM-3 tədarükünü 2018-ci ildə tamamlamağı planlaşdırır

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiya 2010-cu ilin müqaviləsi üzrə Azərbaycana piyadaların döyüş maşını "PDM-3"ün tədarükünü gələn il başa çatdırmağı planlaşdırır. 

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Çatdırılmanın tamamlanması 2018-ci ilə planlaşdırılır", - hərbi-texniki əməkdaşlıq sistemindəki mənbə bildirib.

Xatırladaq ki, rəsmi Moskva və Bakı 2010-cu ildə silah və texnikanın böyük partiya ilə tədarükünə dair razılıq əldə edib.

KİV-in məlumatına görə, söhbət "T-90S" tanklarının üç batalyonundan, özüyeriyən artilleriyadan, reaktiv yaylım atəşi sistemlərindən və ağır alovsaçan sistemlərdən gedir. Eyni zamanda, Azərbaycan təmir-köçürmə və mühəndis maşınları da alıb. Ekspertlərin qiymətləndirməsinə əsasən, müqavilələr paketinin dəyəri 1 milyard dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi