Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib Səfər çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazaları ilə tanışlıq nəzərdə tutulub
Hərbi
6 Oktyabr , 2017 17:42
Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib
Mod.gov.az

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycanda işçi səfərdə olan Qazaxıstanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya general-mayoru Nurlan Karbenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin səfər çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazaları ilə tanışlığı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi