Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanının Azərbaycana səfəri başlayır

Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanının Azərbaycana səfəri başlayır Səfər zamanı Məhəmməd Zakaullah bir sıra görüşlər keçirəcək
Hərbi
13 Yanvar , 2016 15:17
Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanının Azərbaycana səfəri başlayır

Bakı. 13 yanvar. REPORT.AZ/ Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Məhəmməd Zakaullah yanvarın 14-də Azərbaycana səfərə gələcək.

Bu barədə "Report"a diplomatik mənbələrdən məlumat verilib.

Səfəri zamanı M.Zakaullah Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, Hərbi Dəniz Qüvvələrinin komandanı və digər rəsmilərlə görüşəcək.

Müzakirələr zamanı iki ölkənin HDQ arasında əməkdaşlıq, qarşılıqlı olaraq Azərbaycan və Pakistanın hərbi məktəblərinə kursantların göndərilməsi, hərbi təhsil sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi