​Nazir Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib

​Nazir Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib Səfər noyabrın 5-dək davam edəcək
Hərbi
3 Noyabr , 2015 13:27
​Nazir Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının müdafiə naziri İmanqali Tasmaqambetovun dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Görüşlər zamanı iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər noyabrın 5-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi