Müdafiə Nazirliyi bayram günlərində keçirilən tədbirlərlə bağlı statistik məlumatları açıqlayıb

Müdafiə Nazirliyi bayram günlərində keçirilən tədbirlərlə bağlı statistik məlumatları açıqlayıb Bakı. 2 yanvar. REPORT.AZ/ Müdafiə nazirinin tapşırığına əsasən, bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib.
Hərbi
2 Yanvar , 2019 12:35
Müdafiə Nazirliyi bayram günlərində keçirilən tədbirlərlə bağlı statistik məlumatları açıqlayıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Müdafiə nazirinin tapşırığına əsasən, bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məktəb tətili günlərində təşkil olunan bayram şənliklərində hərbi qulluqçuların, ümumilikdə, on minədək övladı üçün konsertlər, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.

Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Naxçıvan Qarnizon Zabitlər Evinin və Gəncə Zabitlər Evinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi