Müdafiə Nazirliyi Azərbaycana məxsus kvadrokopterin ələ keçirilməsilə bağlı məlumatlara münasibət bildirib

Müdafiə Nazirliyi Azərbaycana məxsus kvadrokopterin ələ keçirilməsilə bağlı məlumatlara münasibət bildirib "Erməni mətbuatında yayılan fotodakı kvadrokopter məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur"
Hərbi
20 Mart , 2018 09:51
Müdafiə Nazirliyi Azərbaycana məxsus kvadrokopterin ələ keçirilməsilə bağlı məlumatlara münasibət bildirib

Bakı. 20 mart. REPORT.AZ/ Müdafiə Nazirliyi Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, erməni mətbuatında yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur. 

"Yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib", - Nazirlikdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi