Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib Zakir Həsənov müvafiq tapşırıqlarını verib
Hərbi
22 Sentyabr , 2017 11:24
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən, yeni avtomobil texnikası, eləcə də avadanlıq və texniki vasitələrlə təchiz olunmuş səhra komanda məntəqəsi parkının açılışında iştirak edib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri avtomobillərin saxlanc, texniki xidmət, təmir məntəqələri və akkumulyator sexlərində yaradılan şəraitlə tanış olub, müvafiq tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi