Beyləqan Qarnizonunda hərbi vətənpərvərlik mövzusunda təbdirlər keçirilib - FOTO

Beyləqan Qarnizonunda hərbi vətənpərvərlik mövzusunda təbdirlər keçirilib - FOTO Mərasim şəxsi heyətə döyüş əzmi aşılayan bədii kompozisiyalar nümayiş etdirilməsi ilə davam edib
Hərbi
12 Sentyabr , 2015 13:21
Beyləqan Qarnizonunda hərbi vətənpərvərlik mövzusunda təbdirlər keçirilib - FOTO

Bakı. 12 sentyabr. REPORT.AZ/ Beyləqan Qarnizonunda hərbi ideoloji qərargahlar, psixoloji yardım və bərpa məntəqələri açılıb. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, eləcə də Beyləqan rayon Mədəniyyət Evi kollektivinin iştirakı ilə “Sən qalib gələcəksən” devizi altında hərbi vətənpərvərlik mövzusunda təbdirlər keçirilib.

Mərasimlər əvvəlcə təlimlərdə iştirak etmək üçün ehtiyatdan çağırılmış gənclər qarşısında, sonra isə çöl şəraitində bilavasitə cəmləşmə rayonlarında və mövqelərdə təşkil olunaraq şəxsi heyətə döyüş əzmi aşılayan bədii kompozisiyalar nümayiş etdirilməsi ilə davam edib.

Yerli hakimiyyət nümayəndələrindən Xocavənd Rayon İcra Hakimiyyətinin başcısı Eyvaz Hüseynov, keçmiş Beyləqan taborunun komandiri Akif Həsənov və digər Qarabağ müharibəsi veteranları şəxsi heyət qarşısında çıxış edərək onları qələbəyə səsləyiblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən təlim komanda-qərargah hərb oyunlarında təlim döyüş tapşırıqları üzrə fəaliyyət göstərən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi