Hərbi Prokurorluğun mətbuat katibi təltif olunub

Hərbi Prokurorluğun mətbuat katibi təltif olunub Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyevi Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
Hərbi
16 Sentyabr , 2019 12:17
Hərbi Prokurorluğun mətbuat katibi təltif olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyevi "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

"Report"un xəbərinə görə, yubiley medalı F.Əliyevə təqdim olunub.

Bununla yanaşı, Hərbi Prokurorluğun bir neçə əməkdaşı da "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, Firad Əliyev 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə ilə bitirib. 2005-ci ildən isə prokurorluq orqanlarında xidmət edir.

Son xəbərlər

Orphus sistemi