Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib Banqladeşdə 30 İyundan bəri musson yağışları nəticəsində meydana gələn daşqınlar nəticəsində 217 nəfər həyatını itirib.
Hərbi
15 Avqust , 2020 20:59
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi