Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir

Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir Tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər
Hərbi
19 Sentyabr , 2017 11:58
Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir
Mod.gov.az

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “Maddi-texniki təminatın əsasları”, “Əməliyyatlarda maddi-texniki təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar verilir, eləcə də müxtəlif məşğələlər təşkil edilir.

Sentyabrın 22-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi