Bakı Qarnizonunda ötən ilin yekunlarına həsr olunan müşavirə keçirilib

Bakı Qarnizonunda ötən ilin yekunlarına həsr olunan müşavirə keçirilib Bakı. 9 yanvar. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunan müşavirə keçirilib.
Hərbi
9 Yanvar , 2019 13:00
Bakı Qarnizonunda ötən ilin yekunlarına həsr olunan müşavirə keçirilib
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 9 yanvar. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunan müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev 2018-ci il ərzində qarnizon ərazisində görülən işlər, əldə olunan uğurlar barədə çıxış edib və 2019-cu ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.

Son xəbərlər

Orphus sistemi