Azərbaycan və Türkiyənin birgə hərbi müəssisəsi yaradılacaq

Azərbaycan və Türkiyənin birgə hərbi müəssisəsi yaradılacaq Razılaşma Türkiyənin "Aselsan" şirkəti və Azərbaycanın "Alov" zavodu arasında imzalanıb
Hərbi
12 Sentyabr , 2014 16:22
Azərbaycan və Türkiyənin birgə hərbi müəssisəsi yaradılacaq
Bakı. 12 sentyabr. REPORT.AZ/ Аzərbaycanın "Alov" zavodu və Türkiyənin "Aselsan" şirkəti optik sistemlərin istehsalı ilə məşğul olacaq birgə müəssisə yaratmaq haqqında razılaşma imzalayıblar. Report xəbər verir ki, razılaşma Bakıda keçirilən “ADEX 2014” beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində imzalanıb. Sənədə "Alov" zavodunun rəisi Kamal Əsgərov və "Aselsan" türk şirkətinin rəhbəri Həsən Canpolat tərəfindən imza atılıb. 

Müəssisə müxtəlif növ nişangah, kollimator, termoqrafik kamera və digər optik sistemlər istehsal edəcək. 

Son xəbərlər

Orphus sistemi