​Azərbaycanın hərbi gəmiləri Rusiya Federasiyası və Qazaxıstan gəmiləri ilə birlikdə təlimlərə hazırlaşır

​Azərbaycanın hərbi gəmiləri Rusiya Federasiyası və Qazaxıstan gəmiləri ilə birlikdə təlimlərə hazırlaşır Xəzər dənizində gəmilər dənizdə artilleriya atəşi və gəmilərin döyüş hazırlığı üzrə təlimlər keçəcəklər
Hərbi
30 İyul , 2015 15:46
​Azərbaycanın hərbi gəmiləri Rusiya Federasiyası və Qazaxıstan gəmiləri ilə birlikdə təlimlərə hazırlaşır

Bakı. 30 iyul. REPORT.AZ/ Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanın döyüş gəmiləri artilleriya qurğularından atəş açmaq və dənizdə gəmi təlimləri həyata keçirmək üçün Xəzər dənizinə çıxıblar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri Mətbuat və informasiya idarəsinin əməkdaşı İqor Dıqalo bildirib.

"Xəzər Kuboku-2015" müsabiqəsinə hazırlıq çərçivəsində Rusiya, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri kiçik həcmli üzən hədəflərə, hava hədəflərinə və üzən minalara atəş açmaq üzrə bir sıra hazırlıq tədbirlərini həyata keçirəcək", - şərhdə deyilir.

Son xəbərlər

Orphus sistemi