Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar keçirilib

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar keçirilib Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Hərbi
26 Oktyabr , 2017 17:43
Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar keçirilib
Mod.gov.az

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq bu gün Bakı şəhərində hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi