Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirində iştirak edirlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirində iştirak edirlər Toplantı noyabrın 9-dək davam edəcək
Hərbi
7 Noyabr , 2017 12:10
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirində iştirak edirlər

Bakı. 7 noyabr. REPORT.AZ/ Çexiyanın Praqa şəhərində kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi tədbiri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri tədbirdə iştirak edirlər. 

Toplantı noyabrın 9-dək davam edəcək. 

Bundan başqa, bu gündən noyabrın 10-dək İsveçin Kunqsangen şəhərində Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu və noyabrın 7-dən dekabrın 4-dək Pakistanın Kəraçi şəhərində Hidroqrafiya və Okeanoqrafiya kursu keçirilir.

Bu tədbirlərdə də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi