Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, noyabrın 17-dən 19-dək Almaniyanın Ramşteyn şəhərində "NATO-da hərbi tərəfdaşlıq fəaliyyətlərinin koordinasiyası prosesi" mövzusunda işçi görüşü keçiriləcək.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.