Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 19-dan 23-dək Belçikanın Brüssel şəhərində tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu, Almaniyanın Oberammerqau şəhərində konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.