Azərbaycan istehsalı olan 270 adda hərbi təyinatlı məhsul Fransada nümayiş etdiriləcək

Azərbaycan istehsalı olan 270 adda hərbi təyinatlı məhsul Fransada nümayiş etdiriləcək Bakı. 7 iyun. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində - EUROSATORY-2018”də nümayiş etdiriləcək.
Hərbi
7 İyun , 2018 10:46
Azərbaycan istehsalı olan 270 adda hərbi təyinatlı məhsul Fransada nümayiş etdiriləcək
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində - "EUROSATORY-2018”də nümayiş etdiriləcək. 

Nazirlikdən "Report"a verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Fransada səfərdə olacaq.

Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.

"EUROSATORY-2018” sərgisində dünyanın 63 ölkəsindən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.

Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi