Azərbaycan ilə Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub Zakir Həsənov Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu ilə görüşüb
Hərbi
12 Aprel , 2017 16:31
Azərbaycan ilə Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Mod.gov.az

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl”in və 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Nazir bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətləri müzakirə olunub. Tərəflər döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə ekspert qrupları və hərbi mütəxəssislərin qarşılıqlı səfərləri, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin inkişafının vacibliyini xüsusi qeyd ediblər.
Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi