Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Gürcüstana səfərə gedib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Gürcüstana səfərə gedib Elçin Quliyevin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub
Hərbi
27 Fevral , 2017 12:39
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Gürcüstana səfərə gedib

Tbilisi.27 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Gürcüstan paytaxtı Tbilisiyə səfərə gedib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində Elçin Quliyevin Gürcüstanın daxili işlər naziri Qeorqi Mqebrişvili, Gürcüstanın sərhəd polisinin rəisi ilə görüşləri nəzərdə tutulub.

Bundan başqa, E.Quliyev Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə əklil qoyacaq, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkəcək.

Son xəbərlər

Orphus sistemi