Haqqımızda

“Report” İnformasiya Agentliyi 2014-cü ildən fəaliyyətə başlayıb. “Global Media Group” holdinqin tərkibinə daxildir.

"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Şirkətimizin siyasəti

KEYFİYYƏT, ƏMƏYİN VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ SİYASƏT
Azərbaycan Respublikasında fəaliyyət göstərən operativ və dəqiq məlulmatın təmin edilməsi ilə seçilən «Report İnformasiya Agentliyi» MMC bir informasiya agentliyidir. «Report İnformasiya Agentliyi» MMC olaraq fəaliyyət sahəmizdə ətraf mühitin qorunması və əməyin təhlükəsizliyi önəmli yer tutur.
«Report İnformasiya Agentliyi» MMCkeyfiyyət, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində aşağıdakı əsas prinsipləri rəhbər tutur:

Beynəlxalq standartların tələblərinə uyğunluğun təmin edilməsi
Müasir metodikalardan istifadə etməklə, yüksək keyfiyyətli, təhlükəsiz və tələblərə uyğun xidmətin vaxtında təmin edilməsi və müştəri məmnunluğunun qazanılmasını;
Xidmət və ya məhsulun idarəolunması, planlaşdırma və monitorinq metodlarının təkmilləşdirilməsini, infrastrukturun yaxşılaşdırılmasını;
Bazarın dəyişikliklərinə çevik uyğunlaşmanın təmin olunmasını və rəqabət qabiliyyətliliyinin artırılmasını;
Personalın səriştəliliyinin, təhlükəsizliyinin və qərarların qəbulunda iştirakının təminini;
Fəaliyyətdə risk və proses yanaşmasının tətbiqi;
Təchizatçılarlar uzunmüddətli və səmərəli münasibətlərin formalaşdırılmasını;
Fəaliyyət çərçivəsində yerli qanunvericiliyin tələblərinə riayət edilməsini;
Əməyin təhlükəsizliyi və ətraf mühitə təsir amillərinin idarəolunmasını;
İstehlakçıların məmnunluğunun və təhlükəsizliyinin təmin olunması idarəetmənin təkmilləşdirilməsini;
IMS–nin daimi təkmilləşdirilməsini.

iso_logo

27.12.2022-ci il tarixində, "Report.az" xəbər saytı İSO-9001, İSO-14001, İSO-45001 beynəlxalq sertifikatlarına layiq görülmüşdür.