Zaqatalada narkotik becərən Balakən sakinləri ifşa olunub - FOTO

Zaqatalada narkotik becərən Balakən sakinləri ifşa olunub - FOTO Zaqatala rayonunda narkotik becərən Balakən sakinləri ifşa olunub.
Hadisə
29 Avqust , 2019 10:19
Zaqatalada narkotik becərən Balakən sakinləri ifşa olunub - FOTO

Zaqatala rayonunda narkotik becərən Balakən sakinləri ifşa olunub.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lahıc kəndi ərazisində yerləşən çöl sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkilər becərən Balakən rayonu Qasbinə kənd sakinləri, 32 yaşlı Pərviz Caniyev və həmyaşıdı Aydın Pirxiyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə qeyd olunan əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 57 kiloqram olan 121ədəd narkotik xassəli çətənə bitkiləri və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı P.Caniyev və A.Pirxiyev törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi