Gömrükçülər ölkəyə külli miqdarda qanunsuz siqaret gətirilməsinin qarşısını alıblar

Gömrükçülər ölkəyə külli miqdarda qanunsuz siqaret gətirilməsinin qarşısını alıblar Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunun yük-idxal xəttində İranın Mekanizasion Keshavarzi Shali Kasht şirkətindən ölkəmizə kafel gətirən, Azərbaycan vətəndaşının idarə etdiyi Maz markalı yük avtomobili saxlanılıb.
Hadisə
22 Avqust , 2019 14:58
Gömrükçülər ölkəyə külli miqdarda qanunsuz siqaret gətirilməsinin qarşısını alıblar

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunun yük-idxal xəttində İranın "Mekanizasion Keshavarzi Shali Kasht" şirkətindən ölkəmizə kafel gətirən, Azərbaycan vətəndaşının idarə etdiyi "Maz" markalı yük avtomobili saxlanılıb.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Kabinədə aparılan yoxlama nəticəsində hər iki qapının üzlüyündə, arxa yataq hissəsinin divarında və sağ oturacağın altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 16 200 ədəd "Senator", 7000 ədəd "Milano" və 2000 ədəd "Kent" markalı siqaretlər aşkarlanıb.

Daha sonra stasionar rentgen qurğusundan keçirilən yük nəqliyyat vasitəsinin qoşqusundakı 3 yeşiyin hər birinin alt hissəsində, xüsusi düzəldilən saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 7600 ədəd "Senator" və 13 800 ədəd "Milano" markalı siqaretlər tapılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi