Yevlaxda qəza baş verib, 1 nəfər yaralanıb

Yevlaxda qəza baş verib, 1 nəfər yaralanıb Yaralı sərnişin xəstəxanaya yerləşdirilib
Hadisə
22 Mart , 2018 20:57
Yevlaxda qəza baş verib, 1 nəfər yaralanıb
"Report"

Yevlax. 22 mart. REPORT.AZ/ Yevlax rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ərəş kənd ərazisində baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-2109" markalı avtomobilin toqquşması nəticəsində bir nəfər, 1939-cu il təvəllüdlü Minayə Tahirova Camal qızı xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri isə xəsarət almadıqları üçün xəstəxanaya müraciət etməyiblər. Lakin hər 2 avtomobilə ciddi ziyan dəyib.

Yaralı sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi