Yasamalda motosiklet avtomobilə çırpıldı, xəsarət alan var

Yasamalda motosiklet avtomobilə çırpıldı, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 Avqust , 2020 22:11
Yasamalda motosiklet avtomobilə çırpıldı, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Məmmədov Anar Mirzəməmməd oğlu idarə etdiyi motosikletlə avtomobilə çırpılıb. Nəticədə o hadisə yerində bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi