Xızıda mənzildə qumbara və partladıcı aşkar olunub

Xızıda mənzildə qumbara və partladıcı aşkar olunub Sentyabrın 5-də Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində vətəndaşa məxsus mənzildə 1 ədəd əl qumbarası tapılıb.
Hadisə
5 Sentyabr , 2019 04:37
Xızıda mənzildə qumbara və partladıcı aşkar olunub

Sentyabrın 5-də Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində vətəndaşa məxsus mənzildə 1 ədəd əl qumbarası tapılıb.

“Report” xəbər verir ki, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarası və partladıcının ətrafında 15 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi